Peşə təhsili müəssisələrinə qəbulla bağlı Apelyasiya Komissiyası fəaliyyətə başlayıb

11-09-2019, 14:30
Oxunub: 51
Vətəndaşlar 18 nömrəli Bakı Peşə liseyində təşkil ediləcək Apelyasiya Komissiyasına müraciət edə bilərlər


Bu gündən peşə təhsili müəssisələrinə qəbul və nəticələrlə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün yaradılan Apelyasiya Komissiyası fəaliyyətə başlayır.

Təhsil Nazirliyindən Etatist.com-a verilən məlumata görə, vətəndaşlar 18 nömrəli Bakı Peşə liseyində ( ünvan: Binəqədi rayonu, Heydər Hüseynov küç. 17A ) təşkil ediləcək Apelyasiya Komissiyasına 11-13 sentyabr tarixlərində saat 10:00-dan 18:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və təhsil haqqında sənədi təqdim etməklə müraciət edə bilərlər.

Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu artıq başa çatıb. 5-20 avqust tarixlərində keçirilən birinci mərhələdə 8 808 nəfər, 28 avqust - 5 sentyabr tarixlərində keçirilən ikinci mərhələdə isə 3 754 nəfər peşə təhsili müəssisələrində təhsil almaq hüququ əldə edib. Müsabiqənin 2-ci mərhələsindən uğurla keçən şəxslərin qəbul olunduqları peşə təhsili müəssisələrinə qeydiyyatı bu gün başa çatır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti