"Bakı Fond Birjası" Beynəlxalq Birjalar Assosiasiyasına üzv qəbul edilib

10-09-2019, 12:26
Oxunub: 53
Bu üzvlük Birjanın inkişafı üçün yeni imkanlar yaradır


Beynəlxalq Birjalar Assosiasiyasının sentyabrın 6-da Qırğız Respublikasında keçirilmiş ümumi yığıncağında "Bakı Fond Birjası" QSC-nin (BFB) quruma üzv qəbul edilməsinə qərar verilib. 

Report bu barədə BFB-yə istinadən xəbər verir. 

Məlumatda deyilir ki, bu üzvlük Birjanın inkişafı üçün yeni imkanlar yaradır. Birjalararası əməkdaşlıq xüsusilə dual-listinq və depozitar qəbzlərinin emissiyasının həyata keçirilməsi üzrə başlıca şərtdir. Bununla belə, tətbiq edilən mövcud təcrübələrin və ticarət üsullarının optimalaşdırılması üzrə birjalararası təcrübə mübadiləsinin aparılması yerli bazarın təkmilləşdirilməsi üçün labüd addım hesab edilir.

2000-ci ildə Rusiyada yaradılmış Beynəlxalq Birjalar Assosiasiyasının əsas məqsədi kapital bazarları üzrə beynəlxalq standartların araşdırılması, üzvləri arasında təcrübələrin qarşılıqlı tətbiq edilməsi və birjalararası ümumi əməkdaşlığın genişləndirilməsidir. Assosiasiyada üç birja növü – valyuta, səhm və əmtəə birjaları üzrə daimi işçi qrupu mövcuddur. Assosiasiyanın üzvləri qismində başlıca olaraq Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrini təmsil edən birjalar çıxış edir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti