Ukrayna Azərbaycanda Ticarət Evi açmağı planlaşdırır

10-09-2019, 13:20
Oxunub: 31
"Artıq bir aydır test formatında işləyən Ukrayna Ticarət Evini rəsmən açmaq istəyirik"


"Azərbaycanda Ukrayna Ticarət Evinin ilin sonuna qədər rəsmən açılması planlaşdırılır".

Report xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski mətbuat konfransında bildirib.

"İlin sonuna az müddət qalıb, bir sıra iddialı layihələr həyata keçirmək istəyirik. Artıq bir aydır test formatında işləyən Ukrayna Ticarət Evini rəsmən açmaq istəyirik. Bu, təkcə ticarət əlaqələrini genişləndirmək üçün inteqrasiya edilmiş platforma yox, həm də iş adamları arasında əlaqələr qurulmasına imkan yaradan məsləhətləşmə meydanıdır", - səfir deyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti