İspaniyada növbədənkənar parlament seçkiləri keçirilə bilər

10-09-2019, 22:08
Oxunub: 60
Noyabrın 10-da növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilir


İspaniya parlamenti sentyabrın 23-dək yeni baş naziri təsdiq etməsə, noyabrın 10-da növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilir.

Report RİA “Novosti”yə istinadən xəbər verir ki, bu il aprelin 28-də keçirilən seçkilərdə qalib gələn İspaniya Sosialist İşçi Partiyası ilə solçu “Unidas Podemos” İttifaqı arasındakı danışıqlar nəticə verməsə, son dörd il ərzində sayca dördüncü parlament seçkiləri labüd olacaq.

Qeyd edək ki, son seçkilərdə qalib gəlmələrinə baxmayaraq, sosialistlərin rəhbəri Pedro Sançez iyul ayında iki dəfə keçirilən səsvermədə baş nazir vəzifəsinə təsdiq olunmayıb. Bunun səbəbi “Unidas Podemos” ittifaqı ilə üç ay davam edən danışıqlar zamanı koalisiya hökuməti yaratmaqla bağlı hələ də razılığa gəlinməməsidir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti