Ərdoğan: "Türkiyə ilə ABŞ əsaslı müttəfiqlik əlaqələrinə malikdir"

10-09-2019, 17:22
Oxunub: 55
"Dostum Trampla səmimi və güclü bir dialoqumuz var"


“Qarşıdan gələn dönəmdə ABŞ prezidenti Donald Trampın Türkiyəni ziyarət etməklə bizi şərəfləndirəcəyinə inanıram”.

Report “Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın ticarət naziri Uilbur Rossun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

O bildirib ki, Türkiyə ilə ABŞ əsaslı müttəfiqlik əlaqələrinə malikdir: “Bu ittifaq mütəmadi olaraq çətinliklərlə üzləşib və bu çətinlikləri adlayaraq keçib. Bu gün də çətinlikləri uğurlu şəkildə aradan qaldıracağımıza inanıram. Dostum Trampla səmimi və güclü bir dialoqumuz var. Ölkələrimizi maraqlandıran məsələləri müzakirə edirik. Qarşıdan gələn dönəmdə ABŞ prezidenti cənab Donald Trampın Türkiyəni ziyarət etməklə bizi şərəfləndirəcəyinə inanıram. Bütün səviyyələrdə güclü əlaqələrimiz var”. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti