Xəzər dənizinə düşən şəxs xilas edilib

10-09-2019, 17:20
Oxunub: 58
FHN-in "112" qaynar telefon xəttinə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub


Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Xəzər dənizində boğulma təhlükəsi ilə üzləşən vətəndaşı xilas edib.

Nazirliyin Mətbuat xidmətindən Etatist.com-a bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində, Sumqayıt Dənizkənarı Bulvarı ərazisində, qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti