"Saudi Aramco" səhmlərini satmaqda israrlıdır

10-09-2019, 17:15
Oxunub: 61
Bu açıqlamanı krallığın enerji naziri şahzadə Əbdüləziz bin Salman verib


Səudiyyə Ərəbistanının milli neft şirkəti - "Saudi Aramco"nun səhmlərinin ilkin kütləvi tədavülü (İPO) ən qısa müddətdə həyata keçiriləcək. 

Report Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu açıqlamanı krallığın enerji naziri şahzadə Əbdüləziz bin Salman verib. 

2018-ci ildə 356 milyard ABŞ dolları gəlir və 11 milyard dollar xalis mənfəət əldə etmiş şirkətin "Tarixdə ən böyük İPO"ya imza atacağı gözlənilir. "Saudi Aramco" səhmlərinin 5%-ni satmaqla 100 milyard dollar vəsait cəlb etməyi planlaşdırır. Bu baş versə, ərəb şirkəti dünyanın ən bahalı brendi olacaq. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti