Peşə Təhsili üzrə Dövlət Agentliyində Apelyasiya Komissiyası yaradılır

9-09-2019, 19:00
Oxunub: 76
2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu artıq başa çatıb


Peşə Təhsili üzrə Dövlət Agentliyində peşə təhsili müəssisələrinə qəbul və nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılır.

Təhsil Nazirliyindən Etatist.com-a verilən məlumata görə, vətəndaşlar Apelyasiya Komissiyasına 11-13 sentyabr tarixlərində saat 10:00-dan 18:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və təhsil haqqında sənədi təqdim etməklə müraciət edə bilərlər.

Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu artıq başa çatıb. 5-20 avqust tarixlərində keçirilən birinci mərhələdə 8 808 nəfər, 28 avqust - 5 sentyabr tarixlərində keçirilən ikinci mərhələdə isə 3 754 nəfər peşə təhsili müəssisələrində təhsil almaq hüququ əldə edib. Müsabiqənin 2-ci mərhələsindən uğurla keçən şəxslərin qəbul olunduqları peşə təhsili müəssisələrinə qeydiyyatı sentyabrın 10-dək davam edəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti