Gürcüstanda yeni siyasi partiya yaradılacaq

9-09-2019, 18:30
Oxunub: 80
Bu barədə M.Xazaradze jurnalistlərə bildirib


Gürcüstanın TBC bankının təsisçiləri Mamuka Xazardze və Badri Caparidze siyasi partiya təsis edəcəklər.

Bu barədə M.Xazaradze jurnalistlərə bildirib.

Onun sözlərinə ilk olaraq ictimai hərəkat yaradılacaq: "Yaxın günlərdə təşkilatın təsis olunacağı yeri, tarixi və vaxtı elan edəcəyik. Daha sonra tezliklə siyasi partiya da qurulacaq".

Bankir əhalidən güclü dəstəyin olduğunu və buna görə də hərəkat və partiyanın yaradılması prosesinin sürətləndirildiyini deyib.

Keçmiş baş nazir Giorgi Kvirikaşvilinin yeni siyasi birliyə qoşulacağı barədə yayılan xəbərlərə münasibət bildirən M.Xazardze onunla əlaqə saxlamadığını qeyd edib: "Giorgi Kvirikaşvili siyasətdən gedib və beynəlxalq təşkilatda çalışır". (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti