MDB-də miqrantlara iş tapmaqda yardım edəcək sistemin yaradılması təklif olunub

9-09-2019, 17:30
Oxunub: 53
Mütəşəkkil seçim miqrantların işlə təmin olunmasında kifayət qədər yayılmış formadır


MDB ölkələri Birlik məkanında miqrantlara başqa dövlətin ərazisində iş tapmaqda yardımçı olacaq sistem tətbiq etməyi planlaşdırır.

Bu barədə Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyinin Məşğulluq Departamentinin Əmək miqrasiyası şöbəsinin müdiri Gennadi Sedakov bildirib.

Onun sözlərinə görə, mütəşəkkil seçim miqrantların işlə təmin olunmasında kifayət qədər yayılmış formadır.

Qeyd edək ki, sənədin araşdırılması üzrə ekspertlərin işçi qrupunun iclası bu gün Minskdə MDB İcraiyyə Komitəsində keçirilir. Sənədin təşəbbüskarı və tərtibçisi Rusiya tərəfidir. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti