Azərbaycanın sərhəd-buraxılış məntəqələrində "e-növbə" xidməti istifadəyə veriləcək

9-09-2019, 16:48
Oxunub: 451
sərhəd-buraxılış məntəqələrində vətəndaşların və nəqliyyat vasitələrinin keçid prosesini daha da sürətləndirməyi nəzərdə tutur


Bu ilin sonunadək Azərbaycanın sərhəd-buraxılış məntəqələrində "Elektron növbə" ("e-növbə") xidməti istifadəyə veriləcək.

Sistemin təqdimatı sabah Vətəndaşlara Xidmət Sosial İnnovasiya Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı çərçivəsində keçiriləcək.

Dövlət Gömrük Komitəsinin (DGK) bu xidməti, sərhəd-buraxılış məntəqələrində vətəndaşların və nəqliyyat vasitələrinin keçid prosesini daha da sürətləndirməyi nəzərdə tutur. Sərhəddə növbədə gözləmək istəməyən vətəndaşlar "Elektron növbə" xidmətindən istifadə etməklə onlayn formada, həm özləri, həm də avtomobilləri üçün növbə tutaraq, seçdiyi vaxta uyğun sərhəd-buraxılış məntəqəsinə yaxınlaşa biləcəklər. 

 
İctimai Şuranın toplantısı çərçivəsində DGK, Agentliyin, eGov Mərkəzinin rəsmiləri iştirak edəcək. Şura müzakirələrin yekununda bu elektron xidmətin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamağı nəzərdə tutub. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti