Aİ Krımda keçirilən seçkiləri tanımadığını bəyan edib

9-09-2019, 16:39
Oxunub: 63
Bu barədə Maya Kosyançiçin yaydığı bəyanatda bildirilib


Avropa İttifaqı (Aİ) Krımda keçirilən seçkiləri tanımır.

Bu barədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə sözçüsü Maya Kosyançiçin yaydığı bəyanatda bildirilib.

"Sentyabrın 8-də Rusiyada və Krımda yerli və regional seçkilər keçirilib. Aİ Krım və Sevastopolun Rusiya Federasiyası tərəfindən qeyri-qanuni ilhaqını tanımır və beynəlxalq hüququn pozulmasını qınamağa davam edir. Aİ Krım yarımadasında keçirilən seçkiləri tanımır. Krım yarımadasında seçkilərdə qalib gələn Krım və Sevastopol əhalisini təmsil etdiyini iddia edən istənilən şəxs Ukraynaya məxsus bu ərazilərin təmsilçisi kimi qəbul edilməyəcək. Aİ Ukraynanın ərazi bütövlüyünü və suverenliyinü qətiyyətlə dəstəkləməyə davam edir", - deyə bəyanatda bildirilib. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti