Ermənistan vətəndaşı İŞİD-ə yeniyetmələri cəlb etdiyi üçün 14 il azadlıqdan məhrum olunub

9-09-2019, 16:27
Oxunub: 56
Aşot Qriqoryan cəzasını ciddi rejimli həbsxanada çəkəcək


Rusiya Hərbi Məhkəməsinin Moskva dairəsi Ermənistan vətəndaşı Aşot Qriqoryanı yetkinlik yaşına çatmayanları terrorçu İŞİD qruplaşmasına cəlb etməkdə ittiham edərək 14 il müddətinə azadlıqdan məhrum edib.

Bu barədə Rusya Federal Təhlükəsizlik Xidmətinin Vladimir Vilayəti İdarəsinin Mətbuat xidmətindən bildirilib.

Aşot Qriqoryan cəzasını ciddi rejimli həbsxanada çəkəcək.

Federal Təhlükəsizlik Xidmətinin vilayətdəki əməkdaşları Qriqoryanın qanunazidd fəaliyyətinə görə əvvəllər 10 il həbsdə olduğunu aşkar ediblər. (Report) 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti