Sabirabadda iki nəfərin qarayaraya yoluxması ilə bağlı araşdırmalara başlanılıb

9-09-2019, 16:09
Oxunub: 58
Həkimlər qarayara diaqnozu qoyublar


Sabirabad rayonunda 34 və 26 yaşlarında iki kişi rayon mərkəzi xəstəxanasına gətirilib. 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, həkimlər onlara qarayara diaqnozu qoyublar. 

Qeyd olunub ki, hazırda xəstəxananın İnfeksion şöbəsində müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. 

Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb, artıq araşdırmalara başlanılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti