"Dünyanın ağciyərləri" təhdid altında - Amazon yanğınları

9-09-2019, 13:00
Oxunub: 271
Braziliyada 2018-ci ildə 39759 meşə yanğını meydana gəlib


Bu il Braziliyada meşə yanğınlarının sayı artıq rekord həddə çatıb. Ölkədə yanğınların baş verdiyi Amazon meşəsi udduğu karbon miqdarı baxımından qlobal istiləşməyə qarşı dünyanın ən vacib dəyərlərindən biridir.

Dünyanın ağciyərlərindən biri olaraq görülən Amazon meşəsinin böyük hissəsində yerləşən Braziliyada bu il rekord sayda meşə yanğını baş verdi.
 
Braziliyanın Milli Kosmik Tədqiqatlar İnstitutu (INPE) il ərzində bu günə qədər ölkədə 72843 yanğın aşkar edildiyini açıqladı. Bu, təşkilatın 2013-cü ildən bu vaxta qədər qeydə aldığı ən yüksək say idi. 
 
2017 və 2018-ci illərdə ölkədə meşə yanğınlarının sayında azalma qeydə alınıb. Braziliyada 2018-ci ildə 39759 meşə yanğını meydana gəlib. 

"Dünyanın ağciyərləri" təhdid altında - Amazon yanğınları

INPE 2019-cu ildəki yanğınların çox böyük hissəsinin Amazon meşəsində baş verdiyini açıqladı. Qurumun topladığı peyk görüntülərinə görə 15-19 avqust tarixləri arasında ölkədə 9507 meşə yanğını qeydə alınmışdır.

Bolsonarunun ekoloji siyasətinə reaksiya

Braziliyanın sağçı lideri Jair Bolsonarunun dövlət başçısı vəzifəsinə keçdiyi yanvar ayından etibarən meşə yanğınlarında görünməmiş artım baş verdi. Bolsonaru Amazon bölgəsinin kənd təsərrüfatı və mədən sənayesi baxımından inkişaf etdirəcəyinə söz vermişdi. Lakin Bolsonarunun bu vədi həm ölkə daxilində, həm də ölkə xaricində meşələrin məhv edilməsinə dair narahatlığın artmasına səbəb olmuşdu.

"Dünyanın ağciyərləri" təhdid altında - Amazon yanğınları

 

Braziliyanı meşəsizləşməyə qarşı mübarizəyə üz döndərməkdə günahlandıran Norveç qısa müddət əvvəl Amazonun qorunması üçün etdiyi maliyyə yardımını kəsmək qərarını verdi. Norveçdən əvvəl Almaniya da eyni səbəbdən yardımı kəsmişdi. Bunun ardınca Bolsonaru Almaniya kansleri Angela Merkelə müraciət edərək dedi: "Pulunuzu da götürün və öz ölkənizi meşələşdirin. Sizin bizdən daha çox ağaca ehtiyacınız var."

Son aylarda qurumun yayımladığı məlumatlar səbəbilə, Braziliyanın INPE prezidenti dövlət başçısı Bolsonaru tərəfindən vəzifəsindən azad edilmişdi. Bolsonaru son aylarda yayımladığı məlumatlarla meşəlik ərazilərin sürətlə azaldığını iddia edən "INPE"ni yalançılıqda günahlandırmışdı.
Mənbə: dw.com
Tərcümə: Aysu Hümbətova
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti