Dünya Bankı Azərbaycandakı vergi islahatlarına texniki dəstək göstərəcək

9-09-2019, 14:48
Oxunub: 34
Səfər çərçivəsində missiya Azərbaycan Vergilər Nazirliyində bir sıra görüşlər keçirəcək


Bu gün Dünya Bankının vergi islahatlarına dəstək üzrə texniki yardım missiyası Bakıya gəlib. 

Report xəbər verir ki, missiyaya Bankın daxili resursların mobilləşdiriməsi üzrə qlobal lideri Raul Feliks Xinquera-Varelanın (Raul Félix Junquera-Varela) rəhbərlik edir.

Sentyabrın 13-dək davam edəcək səfər çərçivəsində missiya Azərbaycan Vergilər Nazirliyində bir sıra görüşlər keçirəcək. Bu görüşlərdə İspaniyalı mütəxəssis DB-nin vergi islahatları ilə bağlı digər ölkələrdə olan təcrübəsini bölüşəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti