"Səudiyyə Ərəbistanı OPEC+ ilə bağlı siyasətini dəyişməyəcək"

9-09-2019, 13:32
Oxunub: 58
"Səudiyyə Ərəbistanının OPEC-dəki nümayəndəsi ilə əlaqə saxlamışam"


"Səudiyyə Ərəbistanında yeni energetika, sənaye və mineral ehtiyatlar nazirinin təyin edilməsi ölkənin OPEC+ ilə bağlı siyasətinə təsir etməyəcək".

Report xəbər verir ki, bu barədə bazar ertəsi OPEC-in baş katibi Məhəmməd Barkindo Sinqapurda keçirilən Asiya-Sakit Okean Neft Konqresi çərçivəsində bildirib.

"Bəli, Səudiyyə Ərəbistanının OPEC-dəki nümayəndəsi ilə əlaqə saxlamışam. O, ölkəsinin OPEC+ siyasətində dəyişiklik olmayacağını təsdiqləyib", - baş katib deyib.

Qeyd edək ki, daha əvvəl kralın oğlu şahzadə Əbdül Əziz bin Salman Əl-Səud Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral ehtiyatlar naziri təyin edilib. O, bu postda Xalid əl-Falehi əvəz edib.

Səudiyyə Ərəbistanı OPEC-in ən böyük neft istehsalçısıdır və eyni zamanda OPEC+ sazişinə rəhbərlik edir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti