Bu ilin I yarısında BTQ ilə daşınmış yükün həcmi açıqlanıb

6-09-2019, 17:49
Oxunub: 130
"Azərbaycan yarım il ərzində bu daşımalardan 150 milyon manat gəlir əldə edib"


Bu ilin I yarısında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Azərbaycan hissəsi ilə 1 milyon ton yük daşınıb.

Bu barədə Report-a açıqlamasında Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRACECA) üzrə Hökumətlərarası Komissiyanın milli katibi Akif Mustafayev məlumat verib. 

O həmçinin deyib ki, ümumilikdə, hesabat dövründə Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsilə 4 milyon ton tranzit yük daşınıb. Bunun da 25%-i BTQ-nin payına düşüb.

"Azərbaycan yarım il ərzində bu daşımalardan 150 milyon manat gəlir əldə edib", - deyə A.Mustafayev əlavə edib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti