“Bakı Fond Birjası”nın dövriyyəsi 4% artıb

5-09-2019, 15:51
Oxunub: 49
Son bir ildə bağlanmış əqdlərin sayı isə 1,65% artaraq 3338 olub


Bu ilin yanvar-avqust aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 10 022,897 milyon manat təşkil edib.

Report BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% çoxdur.

Son bir ildə bağlanmış əqdlərin sayı isə 1,65% artaraq 3 338 olub.

BFB-nin dövriyyəsinin 85,1%-i və yaxud 8 531,92 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 0,15% çoxdur.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 26,2% artaraq 746,684 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri 39,8% artaraq 744,294 milyon manat olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti