Zərdabda ağır avtomobil qəza

15-12-2012, 09:01
Oxunub: 2396


Zərdab rayonunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə gecə saatlarında Zərdab-Ucar əsas magistral yolunun Zərdab rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, Göyçay rayon sakini Ələkbərov Allahverdi Məmməd oğlunun idarə etdiyi VAZ 2106 markalı minik maşını eyni istiqamətdə hərəkət edən Kərimov Mikayil Zilfi oğlunun idarə etdiyi KAMAZ markalı yük maşını ilə toqquşub. Nəticədə VAZ markalı maşının sürücüsü və sərnişini Göyçay rayon sakini Məmmədov Yusif Alı oğlu hadisə yerində dünyasını dəyişib.

 

APA 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti