“Brexit” ərəfəsində funt üç ilin minimum həddinə enib

3-09-2019, 20:09
Oxunub: 38
İyul ayında funtun məzənnəsi 2017-ci ilin mart ayının minimum qiymətini təkrarlamışdı


Böyuk Britaniyanın Aİ üzvlüyündən sazişsiz çəkilməsilə əlaqədar sərmayəçi dairələrinin artan narahatlığı üzündən funtun məzənnəsi 2016-cı ilin oktyabr ayından etibarən ən aşağı həddinə enib.

Report “Gazeta.ru”ya istinadən xəbər verir ki, son hərracda funtun dollara qarşı məzənnəsi 1,1968 dollaradək azalıb. İyul ayında funtun məzənnəsi 2017-ci ilin mart ayının minimum qiymətini təkrarlamışdı.

Xatırladaq ki, Böyük Britaniya Aİ-ni bu ilin mart ayında tərk edəcəkdi, lakin baş nazir Tereza Mey tərəfindən saziş imzalamaqla bağlı bir neçə dəfə verilən təklifləri parlament qəbul etməyib. Nəticədə Böyük Britaniya Aİ ilə qarşılıqlı məqbul sayılacaq sazişi hazırlamaq üçün aprelin 12-dək, sonra da oktyabrın 31-dək möhlət alıb.

Yeni baş nazir Boris Conson 31 oktyabr tarixindən Aİ üzvlüyündən bütün hallarda çıxmaq əzmindədir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti