Mamuka Baxtadze: "Azərbaycan və Türkiyə ilə münasibətlər fəallaşdırılıb"

2-09-2019, 14:40
Oxunub: 125
Hesabatda qonşu ölkələrlə münasibətlər bölməsi də yer alıb


Mamuka Baxtadze Gürcüstanın baş naziri olduğu dövrdə hökumətin fəaliyyətinin nəticələri barədə hesabat təqdim edib.

Hesabatda qonşu ölkələrlə münasibətlər bölməsi də yer alıb.

M.Baxtadze bu bölmədə Türkiyə və Azərbaycanla münasibətlərə də toxunub: “Strateji tərəfdaşlığın inkişafı məqsədilə Türkiyə və Azərbaycanla həm ikitərəfli, həm də çoxtərəfli münasibətlər fəallaşdırılıb”.

Sabiq hökumət başçısı qonşu ölkələrlə regional əhəmiyyətli layihələrin həyata keçirilməsinin böyük əhəmiyyətini də vurğulayıb: “Qonşu ölkələrlə əməkdaşlıq sahəsində yeni regional layihələrin işlənib hazırlanması hər zaman gündəmdə olmalıdır. Bu layihələr bizim bölgəni daha cəlbedici və təhlükəsiz edə bilər”.

Qeyd edək ki, M.Baxtadze bu gün istefa verib. O, 2018-ci ilin iyunundan hökumət başçısı olub. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti