Azərbaycanda müasir incəsənət festivalı keçiriləcək

2-09-2019, 14:30
Oxunub: 52
Festivalın proqramına bir sıra sərgi, sosial mədəni tədbirlər və s. daxildir


Bakıda və ölkənin başqa şəhərlərində sentyabrın 18-25-də "Maiden Tower. To Be A Woman” ("Qız Qalası. Qadın olmaq") beynəlxalq müasir incəsənət festivalı keçiriləcək.

Avropa İttifaqının Bakıdakı nümayəndəliyi tərəfindən Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100 illiyi münasibətilə təşkil olunacaq festival cəmiyyətdəki qadının yeri məsələsinə həsr olunur.

Festivalın proqramına bir sıra sərgi, sosial mədəni tədbirlər, müzakirə panelləri, görüntülü poeziya gecəsi, ustad dərsləri daxildir. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti