İran Xəzərdə hərbi təlimlərə başlayıb

1-09-2019, 13:59
Oxunub: 71
Təlimlərdə məqsəd dənizdə döyüş bacarığının yüksəldilməsidir


İran Ordusunun Hərbi Dəniz Qoşunları Xəzər dənizində "Davamlı Təhlükəsizlik" adlı hərbi təlimlərinə başlayıb.

Trend-in məlumatına görə, hərbi təlimlər sülh və dostluq məqsədi daşıyır. Təlimlərdə məqsəd dənizdə döyüş bacarığının yüksəldilməsidir.

İranın gəmi və uçuş vasitələri, o cümlədən esmineslər, torpedalar, qırıcı təyyarələr və helikopterlər, piyada və komandoslar hərbi təlimdə iştirak edirlər.

Təlimlər 25,8 min dəniz mili ərazisində keçirilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti