Gələn il Eurovision-un harada keçiriləcəyi bəlli olub

30-08-2019, 17:00
Oxunub: 83
Həmin məkanda daha əvvəl Şakira, Britni Spörs, Ledi Qaqa, Meraya Kari kimi bir çox ulduzlar konsert veriblər


2020-ci il "Eurovision" mahnı müsabiqəsi Rotterdamda keçiriləcək.

Təşkilatçıların məlumatına istinadən xəbər verir ki, müsabiqənin yarımfinal ifaları may ayının 12 və 14-də, final mərhələsi də 16-da “Rotterdam Ahoy” salonunda keçiriləcək. Həmin məkanda daha əvvəl Şakira, Britni Spörs, Ledi Qaqa, Meraya Kari kimi bir çox ulduzlar konsert veriblər.

XatIrladaq ki, bu il Təl Əvivdə keçirilmiş Eurovision-da Niderland nümayəndəsi Dunkan Lourens Arcade mahnısını ifa edərək qalib gəlmişdi. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti