Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

30-08-2019, 12:18
Oxunub: 126
Avronun dollara qarşı məzənnəsi isə 0,0021% azalaraq 1,1054 dollar təşkil edib


Avqustun 29-da Amerika fond bazarında Dow Jones indeksi 1,25% – 26,362.25 bəndədək, S&P 1,27% – 2,924.58 bəndədək, Nasdaq isə 1,48% – 7,973.40 bəndədək yüksəlib.

Avropa fond bazarlarında avqustun 29-da FTSE 100 indeksi 0,98% – 7,184.32 bəndədək, Almaniyanın DAX-ı 1,18% – 11,838.88 bəndədək, Fransa CAC-40 isə 1,51% – 5,449.97 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,01% azalaraq 1 538,8 dollara bərabər olub. Avqustun 29-na dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,0021% azalaraq 1,1054 dollar təşkil edib. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti