İranda seçki başladı

14-06-2013, 10:07
Oxunub: 1221


Bu gün İranda prezident seçkiləridir. ANS PRESS-in məlumatına görə, yerli vaxtla saat 08:00-da səsvermə başlayıb. İran ərazisində 60 min seşki məntəqəsi xidmətə açılıb. 

Səsvermə axşam saat 18:00-a kimi davam edəcək. İranın 75 milyon əhalisinindən 50,5 milyonun səsvermə hüququ var. 

İran vətəndaşlarının səverməsi üçün 96 ölkədə 290 məntədə də yaradılıb. 850 min seçki blüteni göndərilib. 

11-ci prezident seçkisində namizədlərdən əgər hər hansı biri 50%-dən az səs toplayarsa, onda seçkinin ikinci mərhələsi keçiriləcək. Belə olacağı halda ikinci mərhələ iyunun 21-də baş tuta bilər. 

Ölkənin ali dini lideri Əli Xamaneyi vətəndaşları seçkidə fəallıq göstərməyə çağırıb. İran mətbuatının ilkin hesablamalarına görə, bu il səsvermə 60% olacaq, Qeyd edək ki, 2009-cu ildə bu rəqəm 85 faiz idi. 

randa prezident seçkisi 4 ildən bir keçirilir. Qanunvericiliyə əsasən hazırki prezident Mahmud Əhmədinejat üçüncü dövr üçün seçilmək hüququna malik deyil. 

Prezidentlik postu uğrunda 6 nəfər mübarizə aparır. May ayının sonudna təqdim edilən siyahıda 8 namizədin adı olsada, daha sonra iki nəfər namizdliklərini geri götürüb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti