Tramp Çinlə danışıqlara hazır olduğunu bildirib

24-08-2019, 17:12
Oxunub: 53
"Bəli, mən hər zaman danışıqlara hazıram"


ABŞ Çindən idxal edilən məhsullara gömrük rüsumlarını artırmasına baxmayaraq, bu ölkə ilə ticarət sahəsində danışıqlara hazırdır.

Report xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların dövlət başçısı Donald Tramp Fransaya, G7 sammitində iştirak etmək üçün yola düşməzdən əvvəl jurnalistlərə bildirib.

ABŞ lideri mətbuat nümayəndələrinin Çinə qarşı tariflərin sərtləşdirilməsinə baxmayaraq bu ölkə ilə danışıqlara hazır olub-olmaması barədə sualına "Bəli, mən hər zaman danışıqlara hazıram", - cavabını verib.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Pekinin Amerikadən idxal edilən avtomobillərə və onların ehtiyat hissələrinə rüsumların artırmasına cavab olaraq Birləşmiş Ştatların Çindən idxal etdiyi mallara rüsumları artırmaq qərarı haqqında bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti