Azərbaycanda külək enerjisi istehsalı 5 dəfə artıb

24-08-2019, 16:37
Oxunub: 56
Əmtəəlik istehsalın həcmi ötən ilin müvafiq dövründən 5,3% çox olub


Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda elektrik enerjisi istehsalı5,1% artaraq 14 183,2 mln. kVt/saat təşkil edib.

Report-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əmtəəlik elektrik enerjisi istehsalının payı isə 13 685,2 mln. kVt/saat olub. Əmtəəlik istehsalın həcmi ötən ilin müvafiq dövründən 5,3% çox olub.

İstehsal edilən elektrik enerjisinin 1 040,3 mln. kVt/saatı su elektrik stansiyalarının, 12 548,1 mln. kVt/saatı istilik elektrik stansiyalarının, 71,1 mln. kVt/saatı küləklə işləyən stansiyaların, 25,7 mln. kVt/saatı günəş enerjisi ilə işləyən stansiyaların istehsalının payına düşüb.

Su elektrik stansiyalarının istehsalı ötən ilin müvafiq dövründən 12% az, istilik elektrik stansiyalarının istehsalı 6,6%, külək stansiyalarının istehsalı 5 dəfə, günəş stansiyalarının istehsalı 9,8% çox olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti