İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

24-08-2019, 16:05
Oxunub: 69
Yusif bin Əhməd Əl-Osaymin Azərbaycana səfərindən məmnunluğunu ifadə edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymini qəbul edib.

Etatist.com-un xəbərinə görə, dövlət başçısı Yusif bin Əhməd Əl-Osayminin İslam Əməkdaşlıq Təşkilatının Baş katibi kimi fəaliyyətini yüksək qiymətləndirib və Azərbaycanla əməkdaşlığa verdiyi önəmə görə ona təşəkkürünü bildirib.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının çox mühüm üzvü olduğunu vurğulayan qonaq ölkəmizin dünyada sülhün və təhlükəsizliyin, o cümlədən müsəlman aləmində İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə verdiyi töhfəsinin əhəmiyyətini qeyd edib.

Görüşdə ölkəmizin dinlər və mədəniyyətlərarası dialoqun genişləndirilməsində mühüm rol oynadığı qeyd edilib, Azərbaycanın dünyada bütün dinlərin və məzhəblərin sülh şəraitində birgə yaşadığı nümunəvi ölkə olduğu bildirilib, Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının önəmi vurğulanıb.

Söhbət zamanı Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti