Ölkəyə qanunsuz mobil telefon gətirilməsinin qarşısını alınıb

24-08-2019, 13:13
Oxunub: 85
8 ədəd "Samsung Galaxy S9+" markalı mobil telefon aşkarlanıb


Gürcüstandan gələn Rusiya vətəndaşının idarə etdiyi "VAZ-21114" markalı avtomobil Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və nəqliyyat vasitəsinin sürücüsü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Etatist.com-a verilən məlumata görə, sürücü idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin ön sərnişin oturacağının altında gömrük nəzarətindən gizlədilən 8 ədəd "Samsung Galaxy S9+" markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti