ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edir

23-08-2019, 21:26
Oxunub: 51
Sözügedən sanksiyaların tətbiqi Ağ Ev və Dövlət Departamenti tərəfindən bu ayın əvvəlində elan olunmuşdu


ABŞ hökuməti Skripal məsələsilə bağlı Rusiyaya qarşı sanksiyalarının ikinci silsiləsini avqustun 26-dan qüvvəyə mindirəcək.

ABŞ Federal Reyestrinin elektron bazasında yerləşdirilən Dövlət Departamentinin müvafiq açıqlamasına görə sözügedən sanksiyaların tətbiqi Ağ Ev və Dövlət Departamenti tərəfindən bu ayın əvvəlində elan olunmuşdu.

Belə ki, avqustun əvvəlində ABŞ prezidenti Donald Tramp kimyəvi və bioloji silahlara nəzarət və onların tətbiq edilməməsi haqqında 1991-ci ildə qəbul olunmuş qanunu pozan ölkəyə qarşı müvafiq məhdudlaşdırıcı tədbirlərlə bağlı prosedurlara dair fərman imzalamışdı. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti