Türkiyədə Nəsiminin yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb

23-08-2019, 19:04
Oxunub: 59
Sikkə Azərbaycanın Ankaradakı səfirliyinin təşəbbüsü ilə Türkiyə zərbxanası tərəfindən buraxılıb


Türkiyədə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb. 

atirə pulunun ön tərəfində İmadəddin Nəsiminin şəkli, "İmadeddin Nesiminin Doğumunun 650. Yılı" yazısı, arxasında isə "Türkiye Cumhuriyeti 2,5 Lira" yazısı yer alıb. 

Sikkə Azərbaycanın Ankaradakı səfirliyinin təşəbbüsü ilə Türkiyə zərbxanası tərəfindən buraxılıb. 

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim "Report"a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin 15 noyabr 2018-ci il tarixli “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi” və 11 yanvar 2019-cu il tarixli “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi” haqqında sərəncamlarından irəli gələn layihələrin icrasını təmin etmək məqsədilə Türkiyə Respublikası Zərbxanasının rəhbər şəxsləri ilə görüş keçirilib və Nəsiminin adının əbədiləşdirilməsi məqsədilə xatirə pulunun buraxılması ilə bağlı razılıq əldə olunub.

Səfir bu addımın qardaş Türkiyənin Azərbaycanın böyük şəxsiyyətlərinə, milli mənəvi mirasına verdiyi dəyərin bariz sübutu, göstəricisi olduğunu deyib. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti