Çin ABŞ mallarına qarşı əlavə rüsum tətbiq edir

23-08-2019, 18:47
Oxunub: 52
Avtomobil parçalarına da 5 faizlik rüsum tətbiq ediləcəyi bildirilir


Çin hökuməti illik 75 milyard dollarlıq ABŞ mallarına qarşı əlavə rüsum tətbiq edir.

Çin Dövlət Şurası ölkəyə idxal olunan 75 milyard dollarlıq ABŞ mallarına rüsumların 5 faizdən 10faizədək qaldırmaq qərarını verib. Bu addım iki mərhələdə, sentyabrın 1-də və dekabrın 15-də həyata keçiriləcək.

Bununla yanaşı dekabrın 15-dən ABŞ avtomobillərinə aprel ayından təxirə salınmış 25 faiz, avtomobil parçalarına da 5 faizlik rüsum tətbiq ediləcəyi bildirilir.

Bu addımın ABŞ administrasiyası tərəfindən 300 milyard dollarlıq Çin mallarına qarşı 10 faizlik rüsum tətbiq etmək barədə ayın əvvəlindəki açıqlamaya cavab olaraq atıldığı bildirilir. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti