Amazon meşələrində yanğınların sayı ötən ilə nisbətdə 85 faiz artıb

23-08-2019, 18:35
Oxunub: 63
Braziliyanın şimalına ciddi ziyan dəyib


Hazırda Amazon meşələrində tüğyan edən yanğınlar son 10 il ərzində ən güclüsü hesab olunur. Yanğın nəticəsində Braziliyanın şimalında yerləşən Rorayma, Akko, Rondoniya və Amazonas, həmçinin Matu-Qrosu-du-Sul ştatları xüsusilə çox zərər çəkib.

Əslində nə baş verir və yanğınlar nə dərəcədə güclüdür?

Bu il bir çox yanğınlar olub. Braziliya Kosmik Agentliyinin məlumatına görə, 2019-cu ildə Amazon tropik meşələrində rekord sayda yanğın qeydə alınıb.

Milli Kosmik Araşdırmalar İnstitutu (Inpe) deyir ki, onun peyk məlumatları 2018-ci il ilə müqayisədə yanğınların 85 faiz artdığını göstərir.

Rəsmi məlumatlar göstərir ki, ilin ilk 8 ayı ərzində Braziliyada 75 mindən çox meşə yanğını baş verib ki, bu da 2013-cü ildən ən yüksək göstəricidir. Halbuki 2018-ci ildə bu rəqəm 39 min 759 təşkil edib.

Meşə yanğınları iyul ayından oktyabra qədər uzanan quru mövsümdə yayılıb. Bunlara ildırım vurması kimi təbii hadisələr, həmçinin əkin və ya otlaq üçün ərazini təmizləyən fermerlər və meşə təsərrüfatı işçiləri səbəb ola bilər.

Fəallar bildirirlər ki, Braziliya prezidenti Jair Bolsonarın ətraf mühitə qarşı yönələn ritorikası ağacların kəsilməsi kimi fəaliyyətləri təşviq edir.

Təcrübəli iqlim skeptiki Bolsonara cavab olaraq qeyri-hökumət təşkilatlarını öz hökumətlərinin nüfuzuna zərbə vurmaq məqsədi ilə meşə yanğınları başlamaqda ittiham edib.

Sonradan o, hökumətin alovla mübarizə aparmaq üçün vasitələrinin olmadığını bildirib.

Braziliyanın şimalına ciddi ziyan dəyib

Ən çox ziyan çəkən bölgələrin əksəriyyəti şimaldadır.

Rorayma, Akko, Rondoniya və Amazonasda son dörd il (2015–2018) ilə müqayisədə yanğınlarda əhəmiyyətli bir artım müşahidə edilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti