Avropanın sənaye fondu yaradılacaq

23-08-2019, 18:21
Oxunub: 54
Avropada belə şirkətlər yoxdur


Avropa İttifaqı (Aİ) dünyadakı rəqiblərdən geri qaldığı bəzi strateji sahələrə sərmayə qoymaq məqsədi ilə 100 milyard avro həcmində fond təsis etmək niyyətindədir.

Aİ-nin müvafiq sənədlərində Avropanın Gələcəyi Fondu (European Future Fund) adı verilən yeni fond Google, Apple, Alibaba kimi nəhəng təsisatlarla rəqabət apara biləcək şirkətlərə, sənaye qruplarına sərmayə qoymaq üçün üzv ölkələr tərəfindən maliyyələşdiriləcək.

Belə bir fondun yaradılmasının Avropa işgüzar mühitini həm də subsidiyalarla bağlı olan haqsız rəqabətdən qoruyacaq fəal sənaye siyasəti alətlərini yaratmaqla bağlı Fransa və Almaniya tərəfindən səsləndirilmiş çağırışlara uyğun olacağı da qeyd olunur.

Bu layihənin müəllifləri Avropa İttifaqı sərhədlərindən kənardakı şirkətlərin Aİ innovasiya fəaliyyətlərinə, müəyyən sənaye sektorlarındakı vəziyyətinə sarsıdıcı zərbə endirə biləcək misilsiz maliyyə ehtiyatlarına malik olduqlarını qeyd edirlər. Burada daha çox Google, Apple, Facebook kimi texnologiya nəhəngləri, həmçinin dünya rəqəmsəl sənayesinə hökmranlıq edən Baidu, Tencent, on-line ticarətində rəqib tanımayan Amazon və Alibaba kimi şirkətlər nəzərdə tutulur. Avropada belə şirkətlər yoxdur. Bu da iqtisadi artım, iş yerləri, başlıca strateji sahələrdə Avropanın nüfuzuna təhlükə yaradır, – Aİ-nin sənədlərində vurğulanır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti