ABŞ-da təyyarə qəza enişi edib, 7 nəfər xəsarət alıb

23-08-2019, 08:00
Oxunub: 76
Uçuş zamanı təyyarədə tüstülənmənin hansı səbəbdən yaranması araşdırılır


Birləşmiş Ştatlarda yerli "Hawaiian Airlines" aviaşirkətinə məxsus təyyarə qəza enişi edib.

Bu barədə yerli hakimiyyət orqanlarına istinadən CNN telekanalı məlumat yayıb.

Layner Kaliforniya ştatının Oklend şəhərindən Havay adalarının Qonolulu şəhərinə uçurmuş. Təcili eniş təyinat yerinə edilib. Hadisəyə hava gəmisinin göyərtəsində tüstülənmə səbəb olub.

Nəticədə ikisi uşaq olmaqla 7 sərnişin xəsarət alıb. Onların hamısı nəfəs çağışmazlığı problemi ilə xəstəxanaya yerləşdirilib.

Uçuş zamanı təyyarədə tüstülənmənin hansı səbəbdən yaranması araşdırılır. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti