Azərbaycanda sabiq federasiya prezidentinə hökm oxundu

23-08-2019, 13:30
Oxunub: 53
B.İsrafilov 2018-ci ilədək Azərbaycan Kunq-fu Federasiyasının prezidenti olub


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Barat İsrafilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Fikrət Qəribovun sədrlik etdiyi prosesdə dövlət itttihamçısı çıxış edərək B.İsrafilova 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsini təklif edib.

Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, B.İsrafilov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

B.İsrafilov mənzil alqı-satqısı ilə əlaqədar külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.

Ona Cinayət Məcəllləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, B.İsrafilov 2018-ci ilədək Azərbaycan Kunq-fu Federasiyasının prezidenti olub.  
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti