Yaponiyanın ən hündür binası inşa olunacaq

23-08-2019, 14:05
Oxunub: 78
Hazırda Yaponiyanın ən hündür binası Osakada yerləşir, hündürlüyü 300metrdir


Yaponiyanın Mori Building şirkəti 2023-cü ilədək Tokioda 330 metrhündürlükdə bina ucaltmaq niyyətindədir.

Yaponiyanın ən hündür binası olacaq tikilidə həm yaşayış, həm də ofis sahələri yaradılacaq. Paytaxtın mərkəz hissəsində inşa olunacaq bina mehmanxana və beynəlxalq təhsil mərkəzinin də daxil olacağı kompleksin bir hissəsi olacaq.

Qeyd olunur ki, 2027-ci ildə “Mitsubishi Estate” tərəfindən Tokio vağzalı yaxınlığında 390 metr hüendürlükdə başqa bir bina ucaldılacaq.

Hazırda Yaponiyanın ən hündür binası Osakada yerləşir, hündürlüyü 300metrdir. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti