Rusiyanın G7-ə qoşulmasına Kanada razı deyil

23-08-2019, 09:00
Oxunub: 73
Kanadanın mövqeyi dəyişmir


Kanada hökuməti Böyük səkkizlik formatının bərpasına qarşı çıxıb.

“Rusiya görüşə dəvət olunmayıb və baş nazir Castin Trüdonun, Kanadanın mövqeyi dəyişməyib, ötən il necə idisə, elə də qalır. Ötən il də bu sual ortaya çıxdı və cavab “yox” oldu”, - deyə mənbə bildirib.

Kanadanın xarici işlər naziri Xristya Friland da Ottavada ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşün nəticələrinə dair mətbuat konfransında eyni fikirləri səsləndirib. Onun sözlərinə görə, Rusiya Böyük səkkizliyə qayıtması üçün Krımı tərk etməli və Donbassda müharibəyə son qoymalıdır.

“Bununla bağlı bizim mövqeyimiz çox dəqiqdir, mənim şəxsi mövqeyim də aydındır. Rusiya Krımı ayırmaqla ciddi şəkildə beynəlxalq hüquqları pozub və Donbassda müharibəni davam etdirir. Biz bunu qəbul edə bilmərik. Rusiyanı bir ölkə kimi qarşılamağa hazırıq, ancaq bunun üçün Krımdan çıxmalı, Donbassda müharibəni dayandırmalıdır”, - Friland belə deyib. 

APA
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti