Polşada ildırım vurması nəticəsində 4 nəfər ölüb

23-08-2019, 00:05
Oxunub: 63
İldırım turistlərin Qevont dağının zirvəsindəki xaça qalxdıqları trosu vurub


Polşanın Tatrı dağlarına ildırım düşməsi nəticəsində ikisi uşaq olmaqla dörd nəfər həyatını itirib.

Report "Polskie Radio"ya istinadən xəbər verir ki, avqustun 22-də Tatrı dağlarında gözlənilmədən güclü qasırğa başlayıb.

İldırım turistlərin Qevont dağının zirvəsindəki xaça qalxdıqları trosu vurub. Nəticədə 4 nəfər ölüb, onlarla insan yaralanıb.

Qeyd olunur ki, yüngül xəsarət almış 89 nəfər Zokopane şəhərindəki xəstəxanaya göndərilib.

Hadisə yerində xilasetmə işləri davam etdirilir. Əraziyə baş nazir Mateuş Moravetskinin gəlişi gözlənilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti