Malidə avtobus yük maşını ilə toqquşub

23-08-2019, 01:40
Oxunub: 69
Xəsarət alanlardan 19-nun vəziyyətinin ağır olduğu qeyd edilir


Malinin Sequ şəhəri yaxınlığında sərnişin avtobusu yük maşını ilə toqquşub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yol qəzası nəticəsində 6 nəfər həlak olub, 44 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan 19-nun vəziyyətinin ağır olduğu qeyd edilir.

İlkin məlumata əsasən, yük maşınının hərəkətin qarşı istiqəmətinə çıxaraq sərnişin avtobusuna çırpılıb.

Bildirilir ki, qəzaya səbəb sürət həddinin aşılması və ya yük maşınının sürücüsünün sükan arxasında yuxlaması olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti