Türkiyə İdlibdə yerləşən müşahidə məntəqələrini möhkəmləndirir

23-08-2019, 02:35
Oxunub: 85
Deeskalasiya zonasında Türkiyə Silahlı Qüvvələrinin 12 müşahidə məntəqəsi yaradılıb


Türkiyə Suriyanın şimal-qərbində yerləşən deeskalasiya zonasına əlavə zirehli texnika, hərbçilər və silah göndərib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, göndərilən zirehli texnika və hərbi heyət İdlibdəki müşahidə məntəqələrinin möhkəmləndirilməsi üçün nəzərdə tutulub.

Xatırladaq ki, Astana razılaşmalarına əsasən deeskalasiya zonasında Türkiyə Silahlı Qüvvələrinin 12 müşahidə məntəqəsi yaradılıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti