Makron G7 ölkələrini Amazonda baş verən yanğınları müzakirə etməyə çağırıb

23-08-2019, 00:34
Oxunub: 98
"G7 üzvləri, bu təcili vəziyyət haqqında danışmaq üçün iki gündən sonra bir araya gələk"


Fransa prezidenti Emmanuel Makron Amazon meşələrindəki yanğınlarla bağlı narahatçılığını ifadə edib və "Böyük yeddilik" ölkələrini bu problemi qarşıda keçiriləcək sammit zamanı müzakirə etməyə çağırıb.

Report RİA "Novosti"yə istinadən xəbər verir ki, o bu barədə öz "Twitter" mikrobloqunda yazıb.

"Sözün hərfi mənasında bizim evimiz yanır. Amazoniya - planetimizin 20% oksigen istehsal edən ağciyərləri, yanır. Bu beynəlxalq bir böhrandır. G7 üzvləri, bu təcili vəziyyət haqqında danışmaq üçün iki gündən sonra bir araya gələk", - deyə o bildirib.

Amazoniya meşələrində güclü yanğınlar artıq 3 həftədir ki, davam edir.

G7 sammiti 24-26 avqust tarixlərində Fransanın Biarrits şəhərində keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti