Azərbaycan və Rusiya arasında dəmir yolu ilə sərnişindaşıma artıb

22-08-2019, 22:33
Oxunub: 57
2019-cu ilin I rübündə FSŞ qatarları ilə iki ölkə arasında sərnişin daşınmasında 1,3 faiz artım qeydə alınıb


Cari ilin altı ayı ərzində (Yanvar-iyul aylarında) Azərbaycan və Rusiya arasında dəmir yolları üzrə sərnişin daşınmasında artım qeydə alınıb.

Report xəbər verir ki, bu barədə "Rusiya Dəmir Yolları" ASC-nin törəmə şirkəti olan Federal Sərnişin Şirkəti (FSŞ) məlumat yayıb.

Bildirilir ki, 2019-cu ilin I rübündə FSŞ qatarları ilə iki ölkə arasında sərnişin daşınmasında 1,3 faiz artım qeydə alınıb.

Bu göstərici Rusiya və Tacikistan arasında 3,4 faiz, Rusiya və Qazaxıstan arasında isə 3,2 faiz təşkil edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti