Gələn ay “Apple” yeni smartfonlar və noutbuk təqdim edəcək"

22-08-2019, 19:46
Oxunub: 49
“MacBook Pro”nun “Apple” noutbukları arasında ən iri olduğuna diqqət çəkilir


Sentyabr ayında “Apple” şirkəti üç yeni iPhone və böyüdülmüş 16 düyüm ekranlı “MacBook Pro” noutbukunu təqdim edəcək.

Report “Bloomberg”ə istinadən xəbər verir ki, XS, XS Max, XR iPhone modellərini əvəzləyəcək yeni “Pro iPhone” smartfonları daha geniş sahə əhatə edəcək əlavə kamera, üzü üçölçülü scan etmək üçün Face İD sensor sistemi, yeni OLED displeyi, daha güclü A13 prosesoru ilə təchiz olunub. Bununla yanaşı, yeni smartfonların 5G rabitə sistemini dəstəkləmədiyi də qeyd olunur.

“MacBook Pro”nun isə “Apple” noutbukları arasında ən iri olduğuna diqqət çəkilir. Həmçinin şirkətin təkmilləşdirilmiş fotokameraya və daha güclü prosessora malik yeni iPad Pro planşetin istehsalına başlamaq niyyətində olduğu da göstərilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti