Azərbaycanla Ermənistan XİN rəhbərlərinin daha bir görüşü nəzərdə tutulur

22-08-2019, 15:47
Oxunub: 51
Yeni görüşün vaxtı və formatı açıqlanmır


Azərbaycanla Ermənistan xarici işlər nazirləri arasında Dağlıq Qarabağ münaqişəsinə dair daha bir görüşünün hazırlıq işləri görülür.

Report Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan jurnalistlərə bildirib.

Yeni görüşün vaxtı və formatı açıqlanmır.

“Danışıqlar prosesi davam edir, belə ki, yeni-yeni görüşlər mümkündür”, - deyə ermənistanlı nazir qeyd edib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında son görüş iyun ayında Vaşinqtonda keçirilmişdi.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti