Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir

22-08-2019, 14:46
Oxunub: 54
Ötən gün keçirilən müsahibələrə 641 namizəd qatılıb


Avqustun 22-də müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində coğrafiya, fizika, fiziki tərbiyə və tarix müəllimi olmaq istəyən namizədlər iştirak edir. Müsahibədə 760 namizədin iştirakı gözlənilir.

Bu barədə Etatist.com-a Təhsil Nazirliyindən məlumat verilib.

Ötən gün keçirilən müsahibələrə 641 namizəd qatılıb.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.

Müsahibələr avqustun 23-dək davam edəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti