Ağac kəsən şəxs cəzalanıb

22-08-2019, 09:58
Oxunub: 47
F.Həsənov barəsində protokol tərtib edilib


Tovuz rayonunda ağac kəsilməsi ilə bağlı daxil olan şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun əməkdaşları tərəfindən araşdırılıb.

Nazirliyin Mətbuat xidmətindən Etatist.com-a verilən məlumata görə, araşdırma zamanı Tovuz şəhəri İstiqlal küçəsi 3 ünvanında 1 ədəd söyüd ağacının şəhər ərazisində aparılan abadlaşdırma və təmizlik işləri zamanı Tovuz şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçisi Fazil Həsənov tərəfindən icazəsiz kəsildiyi məlum olub.

Faktla bağlı F.Həsənov barəsində protokol tərtib edilib və o, 2360 manat məbləğində cərimə edilib. Eyni zamanda, kəsilmiş ağacın yerinə yeni ağacların əkilməsi üçün Tovuz şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib. Ağacların əkilməsinə və onlara qulluq göstərilməsinə nəzarət olunacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti