Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır

22-08-2019, 10:30
Oxunub: 45
8808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub


Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyat prosesi bu gündən başlayır.

Təhsil Nazirliyindən Etatist.com-a verilən məlumaya görə, proses avqustun 27-dək davam edəcək.

İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər bu müddət ərzində təhsil haqqında sənədin əslini, tibbi arayış, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil, hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, 8808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti